Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Qələbənin varisləri adlı konfrans keçirilib - + FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı konfrans keçirilib + FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qələbənin varisləri” adlı tarixi-mədəni konfrans keçirilib. Konfrans Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunub. “Poklonnaya qora”da yerləşən Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyində keçirilmiş konfransda RAGB fəalları, müharibə veteranları, Moskvanın aparıcı ali məktəblərinin tələbələri iştirak ediblər.

 

Konfransdan əvvəl tədbir iştirakçıları “Poklonnaya qora”da beynəlmiləl döyüşçülər abidəsi önünə güllər qoyublar.

 

Tədbiri RAGB idarə heyətinin sədri Emin Hacıyev açıb. Moskva Veteranlar Şurasının üzvü, Moskvada ilk dəfə olaraq 141 nömrəli məktəbdə Rixard Zorge Muzeyini yaradan Violetta Stromskaya, Müharibə dövrü Stalinqradının sakini Yekaterina Zavyalova tədbirdə çıxış ediblər.

 

Konfrans çərçivəsində RAGB fəalları İlahə Ələkbərova, Əbülfəz Şahbazov, Aleksandr Poqodin, Validə Rzayeva, Susanna Qəhrəmanova, Kənan Rüstəmov və başqaları “Böyük Vətən müharibəsinin nəticələri və dərsləri”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Gənclər və veteranlar – nəsillərin əlaqəsi” mövzularında məruzələrlə çıxış ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !