İqtisadiyyat dövlətin təməlini təşkil edir -

İqtisadiyyat dövlətin təməlini təşkil edir

İqtisadiyyat dövlətin dəyərini müəyyənləşdirir. Hər bir sahəsində istər maliyyə, istər neft, istərsə də təsərrüfatda bu özünü açıq şəkildə göstərir. Yəni, belə desək dövlətin iqtisadi balansını bu cür faktorlar müəyyənləşdirir.


1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyat sahəsində bir çox addımlar atdı, müstəqil siyasət aparmağa başladı. Bu siyasət onun iqtisadi sisteminə böyük təsir göstərdi. Bazar iqtisadiyyatına keçidini, dünya iqtisadiyyatının inteqrasiya sisteminə qoşulmasını təmin etdi.


Müstəqillik dövründən bu günə kimi iqtisadiyyat iki əsas mərhələyə bölünmüşdür.Birinci dövr 1991-1995-ci illəri əhatə edirdi.Bu dövrdə iqtisadiyyatda geriləmə, xaus, tənəzzül aydın şəkildə özünü göstərirdi. İkinci mərhələ 1996-ci ildən bu günkü günümüzə kimi uzun bir dövrü əhatə edirdi. İqtisadiyyatda sabitlik, dinamiklik, inkişaf özünü büruzə verirdi.


İqtisadi siyasətin əsas istiqaməti neft strategiyası idi. Məsələn, 1996-cı ildən etibarən neftin dünya bazarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri istismara verildi. 1994-cü ildə Heydər Əliyevin imzaladığı fərmanla neftin xarici şirkətlərlə birgə işlənməsi sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdi. Ümummilli liderimiz tərəfindən 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" yeni tarixə qızıl hərflərlə həkk olunubdur. Bu müqavilə Azərbaycan iqtisadiyyatında və yeni neft strategiyasının həyata keçirilməsi yolunda parlaq nümunə oldu.


Neft Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş bir sərvərtdir. 1999-cu il dekabrın 29-da Dövlət Neft Fondunun yaradılması neft sərvətinin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etdi.Bu fondun əsas məqsədi neft gəlirinin toplanması, gələcək nəsil üçün saxlanması, eyni zamanda iqtisadi tərəqqini, sosial inkişafı nəzərə alaraq bu günkü nəslin istifadə etməsi üçündür.


İqtisadiyyatda nisbilik və sabitliyə nail olmaq üçün dövlət əmlakının talan edilməsinin qarşısını almaq,ictimai sərvətlərin mühafizəsini təmin etmək lazımdır. Keçmişə nəzər salsaq 1992-ci ildə maliyyə baxımından taqətdən salınmış bir dövlətdə iqtisadiyatdan söz gedə bilməz. 1993-cü ildə sərvətin mühafizəsi gücləndirildikdən sonra əldə olunan gəlir 1992-ci ilə nisbətən yüz dəfə çox artdı. Mərkəzi Bankın valyuta ehtiyatı 156 milyon ABŞ dollarına çatdı.


Müstəqilliyin ilk illərində aparılan islahatlar banklara qarşı inamsızlığın aradan qaldırılmasına təsir etdi. Müasir bank quruculuğu, ikipilləli bank sisteminin formalaşması bu sahədə kapitalın artımını tənzimlədi.


Ölke daxili cəhətdən nə qədər inkişaf edib güclənsə də , xarici baxımdan müəyyən statusu, mövqeyi olmalıdır. Çünki, güclü dövlət o demek deyil, sən özün özünü tanımalısan, səni hər kəs tanımalıdı.Bunun üçün də iqtisadi baxımdan uğurlu addımlar atmaq lazımdır.


Azərbaycan müstəqillik qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin istiqamətlərindən biri maliyyə və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. 1992-ci ildə Dünya Valyuta Fonduna, Dünya Bankına, 1999 -cu ildə Asiya İnkişaf Bankına üzv olmuşdur. Bunların hər biri iqtisadi cəhətdən inkişafa böyük təsir göstərirdi.


Sözsüz ki, iqtisadiyyat dövlətin təməlini təşkil edir. Həm xarici ölkələr tərəfindən tanınmasını, həm də maliyyə cəhətdən dövlətin dik qalmasını təmin edir.

 


Mehdizadə Günel
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !