İspaniyalı professor ADU-da seminar keçirib - + FOTO

İspaniyalı professor ADU-da seminar keçirib + FOTO

Aprelin 26-da Azərbaycan Dillər Universitetində (ADU) İspaniyanın Mursiya Universiteti ilə əməkdaşlığa əsasən Erasmus Mundus proqramıçərçivəsində növbəti seminar keçirilib.Mursiya Universitetinin professoru Pablo Beneito “Bədii tərcümə” mövzusunda çıxış edib.


İnteraktiv şəkildə keçən seminarda Şərq ədəbiyyatı ilə yaxından tanışolan professor tələbələrə Azərbaycan şairlərinin ispan dilinə tərcümə edilmiş şeirlərini təhlil edib.


İspan dili kafedrasının müdiri Aynur Quliyeva və baş müəllim Rəna Əliyevanın iştirak etdiyi seminar tərcümə üzrə təhsil alan 3-cü kurs tələbələri üçün keçirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !