Lənkəranda İslam həməyliyi ili nə həsr olunmuş tədbir keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda “İslam həməyliyi ili”nə həsr olunmuş tədbir keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Lənkəran rayonunun Cil kəndindəki “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində rayonun Şağlaser kəndində tədbir keçirilib.


Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, din xadimləri, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən çoxmədəniyyətli ölkə olduğunu, tolerant və multikultural dəyərlərin xalqımızın həyat tərzini təşkil etdiyini bildirib.


AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulayıb.


Şağlaser kənd tam orta məktəbinin tarix müəllimi Zəfər İbrahimov tolerantlığın və multikulturalizmin Azərbaycan xalqının birgəyaşayış ənənəsini təşkil etdiyini qeyd edib.


Din xadimi Anar İbrahimov isə İslam dininin tolerant din olduğunu, ölkəmizdə digər dinlərin nümayəndələrinə hörmətlə yanaşıldığını diqqətə çatdırıb.


Şağlaser kənd tam orta məktəbinin müəllimi Akif Miriyev də çıxışında ölkəmizin müxtəlifliyə, çoxmədəniyyətliyə zənginlik kimi yanaşan ölkə olduğunu dilə gətirib.


Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



Ağaddin BABAYEV,
Lənkəran.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !