Kimyaçılar Səmti müəyyənetmə yarışından əlidolu qayıtmışlar -

Kimyaçılar “Səmti müəyyənetmə” yarışından əlidolu qayıtmışlar

25 aprel 2017-ci il tarixində “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən neft, qaz, kimya sənayesi işçiləri və digər təşkilatların əməkdaşları arasında “Səmti müəyyənetmə” yarışı keçirilmişdir.


Sağlam həyat tərzinin təbliğ olunması məqsədini daşıyan yarışlarda SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən idarə və müəssisələrdən 11, fövqəladə hallar nazirliyinin də 1 komandası daxil olmaqla ümumilikdə 12 komandaiştirak etmişdir.


Bakı Beynəlxalq Avtovağzalın ətraf ərazisində keçirilən, gərgin və maraqlı idman mübarizəsi ilə müşayiət olunanyarışlarda “Azərikimya” İstehsalat Birliyinin komandası fəallıq, dözümlülük nümayiş etdirərək, qələbə əzmini əldən verməmiş və nəticə etibarilə birinci yerin sahibi olmuşdur. “28 may” NQÇİ və FHN-in komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülmüşlər.


Qalib komandalar “Neftçi İdman Klubu” İctimai Birliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !