Türkiyənin Draft Education şirkətinin nümayəndələri ADU-da olub - + FOTO

Türkiyənin Draft Education şirkətinin nümayəndələri ADU-da olub + FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Türkiyənin Draft Education şirkətinin nümayəndələrini qəbul edib.


Qonaqları salamlayan professor Ə.Abdullayev onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixi, tədris prosesi, beynəlxalq əlaqələri haqqında danışan professor ADU-nun nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğunu söyləyib və təhsil sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb. Professor qonaqlara universitetin tədris imkanları haqqında da məlumat verib.


Səmimi qəbula görə təşəkkür edən Draft Education şirkətinin İstanbul nümayəndəliyinin təmsilçisi Mustafa Süzmətaş universitetdə olmaqdan məmnunluğunu bildirib. Təmsil etdiyi şirkət haqqında söz açan M.Süzmətaş 14 ölkəyə tələbə göndərdikləri barədə danışıb. M.Süzmətaş şirkətin İstanbul, İzmir və Ankarada nümayəndəliklərinin olduğunu qeyd edib. O, tələbələrin Azərbaycanı seçməsinin bir sıra üstünlüklərinin olduğunu xüsusi vurğulayıb.


Görüşdə gələcək əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi haqqında müzakirələr aparılıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !