ADU rəhbərliyi 35 nömrəli tam orta məktəbdə olub - + FOTO

ADU rəhbərliyi 35 nömrəli tam orta məktəbdə olub + FOTO

Aprelin 21-də Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Nəsimi rayonu 35 nömrəli tam orta məktəbində “Müəllim hazırlığında universitet-məktəb əməkdaşlığının rolu” mövzusunda konfransda iştirak edib.


Konfransdan öncə professor Ə.Abdullayev məktəb şagirdlərinin əl işləri, həmçinin müəllimlərin diplom və sertifikatlarından ibarət sərgiyə baxış keçirib.


Xarici dil fənn metod birləşmənin rəhbəri, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə direktor Rəna Naibova məktəbin 2000-ci ildən fəaliyyət göstərdiyini bildirib. Məktəbin 2012-2013-cü tədris ilinin “Ən yaxşı məktəbi” adına layiq görüldüyünü deyən direktor məktəbin ingilis dili müəllimlərinin fəaliyyət və uğurlarından bəhs edib.

O,məktəbin ingilis dili müəllimlərinin ADU-nun burada pedaqoji təcrübədə olan tələbələri ilə yüksək səviyyədə məşğul olduqlarını, onların peşəkar müəllim kimi yetişməsi üçün çalışdıqlarını sözlərinə əlavə edib.


Professor Ə.Abdullayev məktəb şagirdlərinin əl işlərinə heyran qaldığını söyləyərək məktəbin müqəddəs yer olduğunu bildirib. Təhsil sahəsinin qarşısında gəncləri əsl vətəndaş kimi yetişdirmək vəzifəsinin durduğunu deyən Ə.Abdullayev dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısından danışıb. Xarici dilləri bilməklə həmin ölkələrin mədəniyyəti, tarixi, adət-ənənələri, tanınmış insanlarını da yaxından mənimsəmək imkanı olduğunu söyləyən Ə.Abdullayev məktəblə əməkdaşlığın genişlənməsinin, tədbirlərdə, seminarlarda, konfranslarda pedaqoqların qarşılıqlı iştirakının təmin olunmasının vacibliyini qeyd edib.


Daha sonra “Pedaqoji təcrübə tələbələrin gözü ilə, sözü ilə” videoçarxı nümayiş olunub. Nümayişdən sonra 35 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən universitetin Təhsil fakültəsinin413a, 413b, SABAH və Esseks qruplarının tələbələri Ayşən Qurbanova “Təlim prosesinin səmərəli qurulması üçün fəal təlim üsullarının seçilməsi”, Jalə İsmayılova “Dərsdə müxtəlif iş formalarının məqsədəuyğun seçilməsi”, Nərgiz Məmmədova, Aytən Əliyeva və Natəvan Babazadə “Müəllimin bələdçilik mövqeyinin həyata keçirilməsi qaydaları. Fasilitasiya”, Mətanət İbrahimova “Fənn kurrikulumları əsasında təlimin planlaşdırılması”, Vəfa Ağayeva və Lətifə Əliyeva “Fəal dərsin motivasiya mərhələsi və onun yaradılması” (ingilis dilində), Aytac Abdullazadə “Dərslərdə istifadə edilən əlavə resurslar”, Gülnar Mustafayeva “İnteraktiv dərslərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesi” mövzusunda təqdimatla çıxış ediblər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !