Malayziyanın Azərbaycandakı səfiri ADU -da olub - + FOTO

Malayziyanın Azərbaycandakı səfiri ADU -da olub + FOTO

Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun "İslam Həmrəyliyi Ayı" adı altında start verdiyi proqram-layihənin növbəti qonağı Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman olub.


Qonağı salamlayan ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında məlumat verən professor ADU-nun nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. O, ADU-nun beynəlxalq əlaqələrindən söz açaraq universitetin bir çox reytinqli ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyib. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən danışan Ə.Abdullayev onların fəaliyyətini yüksək qiymətləndirib. Professor ADU-da beynəlxalq tədbirlərlə yanaşı, milli adət-ənənələrimizlə bağlı müxtəlif tədbirlərin keçirildiyini qonağın diqqətinə çatdırıb. O, Azərbaycan və Malayziya arasında iqtisadi, mədəni, o cümlədən təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonra səfirə universitet adından təşəkkür məktubu təqdim olunub.


Səmimi qəbula görə təşəkkür edən səfir universitetdə olmaqdan məmnunluğunu ifadə edib. Azərbaycan Dillər Universitetinə ilk dəfə gəldiyini söyləyəndiplomat Malayziya universitetləri ilə ADU arasında təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyətindən danışıb.


Daha sonra səfir ADU tələbələri ilə görüşüb. İştirakçıları salamlayan səfir onlara “Malayziyanın xarici siyasətinə baxış və onun İslam Konfransı Təşkilatında rolu” (İKT) mövzusunda mühazirə oxuyub.

Çıxışında səfir Malayziyanın 1957-ci ildə müstəqillik qazandığını qeyd edib. O, Malayziya əhalisinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğunu söyləyib və ölkənin İKT-də rolundan danışıb. Səfir Malayziya dövlətinin İKT-nin inkişafı üçün bir sıra sosial və siyasi addımlar atdığını qeyd edib. Diplomat Malayziyanın Birləşmiş Millətlər Təşkilatının lider üzvlərindən biri olduğunu vurğulayıb.O, ölkəsinin bundan başqa Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının da üzvü olduğunu bildirib.


Səfirhəmçinin, tələbələrəMalayziyanın iqtisadiyyatı,mədəniyyəti, təhlükəsizliyi, texnologiyası, təhsil sistemi haqqında ətraflı məlumat verib.


Sonda səfir tələbələri maraqlandıran sualları cavablandırıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !