Oqtay Ərgünəşin "Sözün qüdrəti-kəlamın hikməti" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir - + FOTO ( AZpress.AZ )

Oqtay Ərgünəşin "Sözün qüdrəti-kəlamın hikməti" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir + FOTO ( AZpress.AZ )

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə yazıçı-jurnalist Oqtay Ərgünəşin "Sözün qüdrəti-kəlamın hikməti" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açmış, Oqtay Ərgünəşin yaradıcılığı haqqında məlumat vermişdir. Mərasim iştirakçılarından Cahangir Məmmədli, Umud Mirzəyev, Məzahir Süleymanzadə, Əbülfət Mədətoğlu, Allahverdi Eminov, Qasım Hacıyev, Fazil Güney, Həmid Cəfərov, Hafiz Rüstəm, Mərcan Şahbuzlu, Anar Vəziroğlu, İmaməddin Zəkiyev, Nazim Tapdıqoğlu və başqaları çıxış edərək kitab haqqında fikirlərini söyləmiş, müəllifə yaradıcılıq uğurları arzulamışlar. Oqtay Ərgünəş göstərdiyi qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, təqdimat mərasiminin bütün iştirakçılarına minnətdarlığını bildirmişdir.

 


Məzahir Süleymanzadə

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !