Toy olsun tamaşasının improvizələri maraqla qarşılandı - + FOTO

“Toy olsun” tamaşasının improvizələri maraqla qarşılandı + FOTO

Yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət olunan xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov illər sonra Sumqayıtda bir səhnəni bölüşdülər. (Süleyman Ələsgərov, İsi Məlikzadə) “Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun” tamaşasında Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin və digər aktyorların improvizələri maraqla qarşılandı.

Vəziyyət komediyası janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular komik süzgəcdən keçirilərək tamaşaçılara təqdim olundu. Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış etdilər. Qeyd edək ki, Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, şəhər ictimaiyyətinin, Bakıdan gələn ziyalı qonaqların və media nümayəndələrinin qatıldığı tamaşa fərqli rejissor yozumu, qüsursuz aktyor oyunu ilə diqqət çəkdi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !