Ülkər Hüseynovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilmişdir - + FOTO

Ülkər Hüseynovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilmişdir + FOTO

Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış tədqiqatçı-jurnalist, uzun illər "Elm və həyat" jurnalında çalışmış, elmi-texniki jurnalistikanın inkişafında böyük xidmətləri olmuş Ülkər Hüseynovanın anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley mərasimi keçirilmişdir. Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açmış, Ülkər Hüseynovanın zəngin həyat və yaradıcılıq yolundan danışmışdır. Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə yubilyara Mətbuat Şurasının diplomu, Ahıl Jurnalistlər Məclisinin hədiyyələri təqdim olunmuşdur. Mərasim iştirakçılarından Yusif Kərimov, Cahangir Məmmədli, Aqil Abbas, Rəşad Məcid, Alxan Bayramov, Aqşin Babayev, Mahmud Mahmudov, Qulu Məhərrəmli, Aliyə Təhmasib, Nəsir Əhmədli, Azadə-Taleh Abbasqızı, Tahir Aydınoğlu və başqaları çıxış edərək Ülkər xanımla bağlı xatirələrini söyləmişlər. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Hüseynova yubilyarın ailə üzvləri adından çıxış edərək təşkilatçılara minnətdarlığını bildirmişdır. Ülkər xanımın ömür-gün yoldaşı, professor Şirməmməd Hüseynovun çıxışı həmişə olduğu kimi bu dəfə də maraqla, alqışlarla qarşılanmışdır. Mərasimin sonunda xatirə şəkilləri çəkilmişdir.

 


Məzahir Süleymanzadə 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !