Milli Məclisin Qərarı - + VİDEO

Milli Məclisin Qərarı + VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 – 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

 

Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;

 

Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

 

Həsən Şahhüseyn oğlu Cəfərov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.


Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 14 aprel 2017-ci il.

 

Qaynaq: AzərTAc 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !