GDU-nun ƏMƏKDAŞI II ULUSLARARASI PLEVNE KAHRAMANI GAZİ OSMAN PAŞA VƏ DÖNƏMİ SİMPOZİUMU NDA - + FOTO

GDU-nun ƏMƏKDAŞI “II ULUSLARARASI PLEVNE KAHRAMANI GAZİ OSMAN PAŞA VƏ DÖNƏMİ SİMPOZİUMU”NDA + FOTO

Gəncə Dövlət Universitetinin əməkdaşı Təhsilin pedaqogikası və metodikası kafedrasının psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Günay Kazımova 5-7 aprel 2017-ci il tarixdə Türkiyə Cümhuriyyətinin Tokat şəhərində Gazi Osman Paşa Universitetində təşkil olunmuş “II Uluslararası Plevne Kahramanı Gazi Osman Paşa ve Dönemi Simpoziumu”nda məruzə ilə çıxış etmişdir. Simpoziumun açılış mərasimində Tokat Valisi Cevdet Can, Tokat Millət vəkilleri Prof. Dr. Celil Göçer, Kadim Durmaz, Tokat Bələdiyyə Başkanı Av. Eyüp Eroğlu, Cumhuriyet Başsavcı Vekili İlyas Ay, Gazi Osman Paşa Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin, İstanbul Universitetinin rektoru Prof. Dr. Mahmut Ak, Gümüşhane Üniversiteti rektoru Prof. Dr. Halil İbrahim Zeybek, Atatürk Araştırma Mərkəzi Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, Niksar Bələdiyyə Başkanı Özdilek Özcan, Universitetin müəllim-tələbə heyəti və 45 nəfərə yaxın ölkədaxili və ölkəxarici məruzəçilər iştirak etmişlər.


Simpoziumda iştirak etmək üçün 11 nəfərdən ibarət Rusiya, Sanl-Peterburq, Dağıstan, Azərbaycan Universitetlərinin əməkdaşları dəvət almışlar. Dəvət almış xarici qonaqlar Tokat şəhərində çox səmimi, hörmət və diqqətlə qarşılanmış, onların simpoziumda iştirakları üçün əlverişli şərait yardılmışdır.


Universitetin əməkdaşı psixologiya üzrə fəlsəfə doktoru, baş müəllim Günay Kazımova öz çıxışında ilk öncə Azərbaycan Respublikası Gəncə şəhəri, Gəncə Dövlət Universitetinin rektoru Prof. Yusif Yusibovun salamlarını simpozium iştirakçılarına və Gazi Osman Paşa Universitetinin rektoru Prof. Dr. Mustafa Şahin Düzenleme Kurulu Başkanı Prof. Dr. Mustafa Çolak və Simpozium Sekretaryası Yrd. Doç. Dr. Murat Hanilçe çatdırmışdır. Onun “ Yabancı gözüylə Gazi Osman Paşa Dönemi” məruzəsi dinlənilmiş və maraqla qarşılanmışdır. Məruzənin sonunda GDU-nun əməkdaşı uğurlu çıxışına görə Sertifikatla təltif olunmuşdur.


Daha sonra Simpozium iştirakçıları Tokat Gənclik Mərkəzində Ahmet Yenilmezin təqdimatında “Plevne Kahramanı Gazi Osman Paşa” adlı monoloqunu dinləmiş və böyük təəsuratlarla ayrıldıqlarını, eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə simpoziumun icra heyətinə, Assoc. Prof. Dr. İsmet Türkmenə, Asst. Prof. Dr. Kemal İbrahimzadəyə və elmi heyyətə öz minnətdarlıqlarını bildirmişlər.


Simpozyum Şəhər turu gəzməklə uğurla yekunlaşmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !