Etibar Hüseynov : - " Sovetski uşaqları, yoxsa İran cocuqları"

Etibar Hüseynov : " Sovetski uşaqları, yoxsa İran cocuqları"

Heç bir arxitektur çəkisi, məscid görünüşü (minarə, minbəri) olmayan, kiçik, qəza vəziyyətli, hansısa Hacı Cavadın adını daşıyan, qeydiyyatı belə olmayan məscidin ( əslində ibadətxana) sökülmə xəbərinə Sovetski əhli ayağa qalxıb etiraz etdi. Məscidi, Kərbala meydanı adlandırıb cihad elan etdilər; "bəs biz harda namaz qılaq ?" deyərək avantüristlik edənlər də oldu; halbuki həmən ərazinin dörd-bir tərəfində məscidlər var. Və söküntülər başladıqdan sonra Hacı Cavad məscidi demək olardı ki, kimsəsiz olurdu. Nə isə sözümün canı başqa. Dediyim odur ki, həmən Sovetskidə Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Xan əmi və onlarla elm və mədəniyyət xadiminin evi (ev muzeyləri) söküldü və ya köçürüldü. Bəs nədən həmin vaxt heç kəs cınqırını çıxardıb, cihada qalxmadı? Amma indi hansısa tacirin adını daşıyan, bərbad görünüşlü, qəzalı bir daxma belə əziz oldu bəyəm? Bax burda farsın barmağı açıq görünür. Hacı Talehin, qarşılarında baş əyib, əllərini öpdüyü saqqallı ağalarının dəst-xətti ortalıqdadır. Yoxsa, Baqqal Cavad nə vaxtdan Üzeyirdən, Mirzə Cəlilden əziz oldu? Mən də hansısa məscidin sökülməsini istəməzdim. Amma həmin ibadətxananın yerinde yeni, ətraf interyeri tamamlayan , daha gözəl bir məscidin tikilməsinin tərəfdarıyam. Ki, bu da planda nəzərdə tutulub. Ona görə də, o ibadətxananın qarşısına toplaşıb araqarışdıranlar da inanın ki, Sovetski uşaqları deyil, İran cocuqlarıdı.. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !