Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib -

Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ci iclasında məruzə ilə çıxış edib.


Deputat bildirib ki, Qara dəniz regionu enerji daşıyıcılarının dünya bazarına çıxarıldığı başlıca strateji regiondur. Buna görə də enerji məsələləri bölgənin taleynində mühüm yeri tutur. Regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursrları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün yol verir. Bu, həm də ona görə vacibdir ki, artıq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında da əksini tapır.


Deputat Ə.Amaşov onu da bildirib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Ə.Amaşov çıxışında həmçinin dünyada artan enerji tələbatlarındakı statistik rəqəmlər, Azərbaycanın enerji siyasətindəki rolu və sair məsələlər barədə söz açıb.


Qeyd edək ki, deputatın çıxışı yüksək qiymətləndirilib və o, QDİƏT-in Parlament Assambleyasının iyulda İstanbulda keçiriləcək iclasında əsas məruzəçi kimi təsdiqlənib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !