Masallıda cüdo üzrə rayon birinciliyi - + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

Masallıda cüdo üzrə rayon birinciliyi + FOTO ( AZpress.AZ - Əlihüseyn Şükürov )

9-10 aprel 2017-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş cüdo idman növü üzrə kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.


Yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur.


10 çəki dərəcəsində 68 nəfər kiçik yaşlı uşaqlar , yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin vəmaraqlı mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

 


ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !