Azərbaycan Mətbuat Şurası AzTV-nin Gürcüstan üzrə xüsusi müxbirini təbrik edib - + VİDEO

Azərbaycan Mətbuat Şurası AzTV-nin Gürcüstan üzrə xüsusi müxbirini təbrik edib + VİDEO

Azərbaycan Mətbuat Şurası «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55 illiyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:


«Elə adamlar var ki, həyata keçirdikləri fəaliyyət ilə özləri ayrıca bir dünya yarada bilir, məxsusi dəst-xətləri, yanaşmaları ilə daim yaddaşlarda qalmağı bacarır, hörmətlə qarşılanırlar. Jurnalistikamızda belə adamları görmək çox xoşdur. Bu günlərdə onlardan birinin - AzTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun 55 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurası yubilyarı həyatının əlamətdar təqvim ili münasibəti ilə təbrik edir.


Şahismayıl Şəmmədoğlu uzun illərdir, AzTV-nin Gürcüstandakı təmsilçisi kimi fəaliyyət göstərməkdədir. Onun qonşu ölkədə gördüyü iş heç də müxbirliklə kifayətlənmir. Ş.Şəmmədoğlu həmçinin Gürcüstanın ictimai həyatına nüfuz edir, yarım milyona yaxın soydaşımızın yaşadığı bölgənin haqq səsini çatdırır, Azərbaycan və Gürcü xalqları arasında təmasların möhkəmlənməsinə çalışır. Bu missiya mühüm əhəmiyyət daşıyır və son dərəcə vacibdir.


Azərbaycan Mətbuat Şurası bir daha Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55-illiyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır.


Yubileyiniz mübarək, əziz həmkar!» 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !