Masallıda Kitabla maariflən mövzusunda aksiya keçirilib - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Kitabla maariflən” mövzusunda aksiya keçirilib + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

4 aprel 201 7-c i il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon Təhsil şöbəsinin və Masallı rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Parkında Beynəlxalq Uşaq Kitab günü ilə əlaqədar olaraq “Kitabla maariflən” mövzusunda aksiya keçirilib.


Aksiyanın əsas məqsədi Masallı rayonunda yaşayan seçilmiş gənclərin həyat bacarıqlarını inkişaf etdirmək, müxtəlif təsiretmə vasitələri ilə təhsilə və elmə maraqlarını artırmaq, onları ictimai həyatda fəal iştiraka cəlb etmək, liderlik, azad fikir-yürütmə bacarıqlarını inkişaf etdirərək rayonda gənclərin sosial həyata aktiv inteqrasiya edilməsinə nail olmaqdır.


İlk öncə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov aksiya iştirakçılarına “Kitabla maariflən” layihəsi haqqında ətraflı məlumat vermiş və təşkil edilən aksiyadan söz açmış, bu cür aksiyaların gələcəkdə də davam etdiriləcəyini iştirakçıların nəzərinə çatdırmışdır.


Aksiya açıq elan edildikdən sonra gənclər maraqlandıqları və ehtiyacı olan kitabları əldə ediblər. Sonda aksiyada iştirak edən, kitab əldə etmiş hər bir gənc aksiyanın qaydalarına uyğun olaraq kitab oxuyub.


ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !