Bəhram Bağırzadənin Art İn Boxes adlı fərdi sərgisi keçirildi - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Bəhram Bağırzadənin “Art İn Boxes” adlı fərdi sərgisi keçirildi + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub.1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası: Teatr rejissoru.1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür.


1992-ci ildə ŞHK çempionu,


1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və


2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür.


1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında " "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub.


2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.


Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülmüşdür. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
AZpress.AZ informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 1 aprel 2017-ci il tarixində Səttar Bəhlulzadə adına sərgi salonu "Qalereya 1969" sərgi zalında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist tanınmış aktyor Bəhram Bağırzadənin əsərlərindən” ART İN BOXES “adlı yaradıcılıq satış-sərgisinin açılışı olub.Sərgidə 145 əsər nümayiş olunub. Bir çox janrların nüm\yiş olunduğu sərgi salonunda sərgilən bu əsərlər yeni janr imi tamaşaçıların marağına səbəb olmuşdur. Nəzərimizdən yayınmayan əsərlərdən biri də ” İt hürər , karvan keçər” atalar sözü idi ki, rəssam da onu öz əsərində ustalıqla göstərmişdir. Sərgidə bir çox elm adamları, media nümayəndələri, şou biznes adamları, millət vəkilləri və Bəhram Bağırzadəni sevən bir çox sənətsevərlər toplaşmışdı. Əsərlərinin məntiqi mənası olduqca dərin və düşündürücü olması ilə yanaşı həmdə insanların üzündə təbəssüm oyatmağı bacarırdı. Sərgi satış sərgi olduğundan bir çox əsərlər sərgi gedişatında öz yeni sahiblərinə qovuşmuşdu.


Nümayiş olunan əsərlərin qəyəri 150-750 manat civarındadır. Rəssam bildirib ki, əldə olunacaq gəlirin bir hissəsini Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin ailəsinin hesabına köçürəcək. Əlbətdə ki , bu jest Bəhram Bağırzadə tərəfindən hər kəsə bir çağırış olmalıdı.Milləti torpağı uğrunda canını əsirgəməyən bir şəhidin ailəsinədə verilən dəyərdi Bəhram Bağırzadə tərəfindən.


Qeyd edək ki, sərgi 10 gün davam edəcək. Giriş sərbəstdir.


AZpress.AZ, Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !