Bakıda tematik iclas keçirilib - + FOTO

Bakıda tematik iclas keçirilib + FOTO

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində 2 aprel 2017-ci ildə Bakıda tematik iclas keçirilib.


Şirvan, Mingəçevir və Quba bölgələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti ekspertləri a) Regionlardakı QHT-lərin yerli sosial-iqtisadi inkişaf proseslərində, yerli xidmətlərin çatdırılmasında və icma inkişafının təmin edilməsində iştirakına təminat verən mühiti dəyərləndirmək üçün sahə tədqiqatları, b) Təqdiqatların hazırlanması zamanı maraq qrupları ilə bərabər yerlərdə müzakirələrin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Görüşün gedişində hədəf regionlarda fəaliyyət göstərən vətəndaş cəmiyyəti ekspertləri arasında kiçik təşəbbüslərin həyata keçirilməsinə dair xidmət müqavilələri imzalanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !