Muradına çatmayanlar; apreldən əvvəl və sonra sənədli filminin təqdimat mərasimi keçirilir - + FOTO + VİDEO ( AZpress.AZ - Bəhruz Hümbətov ) YENiLƏNDİ...

“ Muradına çatmayanlar; apreldən əvvəl və sonra “ sənədli filminin təqdimat mərasimi keçirilir + FOTO + VİDEO ( AZpress.AZ - Bəhruz Hümbətov ) YENiLƏNDİ...

Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşəbbüsü və dəstəyilə hazırlanmış yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhramanları “ silsiləsindən “ Muradına çatmayanlar; apreldən əvvəl və sonra “ sənədli filminin təqdimat mərasimi keçirilmişdir. Film aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın Milli Qəhramanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunub. 

 

 

***

 

 

Aprel döyüşlərini əhəmiyyəti və Azərbaycan Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi

 

Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM ) Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin ( ATXƏM ) birgə təşəbbüsü və dəstəyi ilə hazırlanmış yazıçı-publisist Bxtiyar Qaracanın “ Bitməyən müharibənin qəhrəmanları “ silsiləsindən “ Muradına çatmayanlar; apreldən əvvəl və sonra “ sənədli filmin təqdimatı keçirildi.

 

Aprel döyüşlərinin ildönümü ərəfəsində təqdim olunan film aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuşdur.

 

Filmdə çıxış edən MŞ- nın sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Murad Mirzəyevin atası Telman Mirzəyev, xanımı Fizzə Mirzəyeva və qəhrəmanın döyüş dostları aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, onun göstərdiyi qəhrəmanlıqların gələcək nəsillər üçün bir örnək olduğunu qeyd etmişlər. Filmdə həmçinin Ermənistan – Azərbaycan Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı geniş informasiyalar verilib.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !