Məktəb bağları layihəsi Masallıda həyata keçirilir - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Məktəb bağları” layihəsi Masallıda həyata keçirilir + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Martın 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə “Məktəb bağları” layihəsinə başlanılıb.


IDEA İctimai Birliyinin, FAO və Təhsil Nzirliyinin birgə təşkilatçılığı ilə həyata keçirdiyi "Məktəıb bağlari" layihəsi çərçivəsində 8 rayonun orta məktəblərinin həyətlərində meyvə ağacları əkilməsi nəzərdə tutulub.


Rayonumuzun məktəblərində də tədbirə start verilib. Masallı şəhər 1 nömrəli məktəbdə keçirilən ağacəkmə aksiyasında 170 ədəd alma, armud, gilas ağacları əkilmiş, bağlara qulluq göstərilmişdir. Aksiyada məktəbin 400-ə qədər müəllim və şagirdi iştirak etmişdir. Aksiyasının birinci günü Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, RİH aparatının baş məsləhətçisi Qəşəm Hadıyev, RTŞ-nin müdiri Tariyel Əkbərov, metodkabinetin müdiri Bəybala Xəlilov, Əməkdar müəllim Mirqabil Hüseynov məktəb həyətində xeyli meyvə ağacları əkmişlər.


Qeyd edək ki, "Məktəb bağları" layihəsi çərçivəsində Masallı şəhər 3 nömrəli, Bədəlan, Dəlləkoba tam orta, Mahmudavar ümumi orta məktəblərinin həyətində 500 ədəd ağac əkiləcəkdir.

 


ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !