Soyqırım ağrılı taleyimizdir - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Soyqırım ağrılı taleyimizdir + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı "Soyqırım ağrılı taleyimizdir" mövzusunda Masallı Tarix-Diyarşünaslıq muzeyində Seybətin və İskəndərli müəllim və məktəblilərin iştirakı ilə açıq tarix dərs keçirildi.


Tədbirdə Mart soyqırımı və ya Mart hadisələri — 1918 -ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasın ın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tədbirdə erməni qəspkarlarının iki əsr boyunca millətimizin başına gətirdiyi soyqırım haqqnda tarixi faktları göstərməklə şagirdlərə çatdırıldı.


Tədbirdə həmçinin bu günlə bağlı ağrıları özündə əks etdirən fota və qəzet materialları sərgiləndi.

 


ƏLİHÜSEYN ŞÜKÜROV.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !