ADMİU-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib - + FOTO

ADMİU-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib + FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tələbələrə Azərbaycanın tarixinə yazılan bu günün önəmindən və törədilən soyqırımda həlak olan insanların yaşadığı faciədən bəhs edib. İnsan faktları kontekstində, dünya tarixində, müasir həyatımızda soyqırım ilə bağlı məlumatlara tez-tez rast gəldiyimizi və beynəlxalq səviyyədə müzakirə olunan aktual məsələlərdən birinə çevirildiyini söyləyib. Azərbaycana qarşı qanlı cinayətləri dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırmaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin önəmini vurğulayıb.
Daha sonra söz fəxri qonaq, Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) layihə koordinatoru, “Visions of Azerbaijan” jurnalının redaktoru jurnalist İan Pierta verilib. O da öz növbəsində belə bir önəmli tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirib. Azərbaycanda 17 il ərzində baş verən hadisələri yaxından izləyib, araşdıran ingiltərəli jurnalist Xocalıda baş verən hadisələrdən təsirlənərək türk, rus, ingilis və fransız dillərində yazdığı Xocalı haqqında kitablarını Universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib. Kitabda Xocalıda yaşayan insanların həyatından və faktlardan bəhs olunur.
Tədbir Sosial-siyasi elmlər kafedrasının müdiri, Kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyevin və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlinin soyqırım günü baş verən faciə haqqında ətraflı çıxışı ilə davam edib.
Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın “Sonsuz Dəhliz” adlı sənədli filminin nümayişi hamıya təsirli anlar yaşadıb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !