Beynəlxalq Teatr Günü Lənkəranda qeyd olunub - + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Beynəlxalq Teatr Günü Lənkəranda qeyd olunub + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

27 mart – Beynəlxalq Teatr Günü Lənkəranda qeyd olunub. Bu münasibətlə Dövlət Dram Teatrında tədbir keçirilib. Tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək Beynəlxalq Teatr Gününün tarixindən, yaradıcı kollektivin keçdiyi inkişaf yolundan və gələcək perspektivlərindən söz açıb. Bir neçə gün öncə yerli yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşasının sənətsevərlərin ixtiyarına verildiyini diqqətə çatdıran direktor hazırda Rauf Ağayevin “Bir gecənin nağılı” və J.B.Molyerin “Jorj Danden” əsərləri üzərində də yaradıcılıq işlərinin davam etdirildiyini bildirib.


Daha sonra kollektiv üzvlərindən bir qrupuna xatirə hədiyyələri verilib.


Tədbirin sonunda Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşası teatrsevərlərə təqdim olunub.

 


Ağaddin BABAYEV,


Lənkəran.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !