Masallı rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.

 


Bu gün, martın 23-də səhər saatlarında şagirdlər yola düşməzdən öncə əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzə toplaşıblar.

 


Rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi yolasalma mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür. Aybəniz Qafarova gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.



Mərasimdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb.
Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Üç gün davam edəcək tur-aksiyada şagirdləri 4 nəzarətçi müəllim və bir həkim müşayiət edəcək.
Məktəblilər musiqi sədaları altında xüsusi avtobusla yola salınıblar.

 


Fotolar RƏŞADINDIR.

FOTOLAR A. VƏKİLİNDİR.

 

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !