Mirsamir Məmmədov: - "Dünya işğalçı ölkənin cinayətlərinə göz yumur"

Mirsamir Məmmədov: "Dünya işğalçı ölkənin cinayətlərinə göz yumur"

 Ermənistanın qəsbkarlıq siyasətinə şərait yaradılır...
Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. Politoloq bildirib ki‚
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 ardıcıl qətnaməsi var və 25 il keçməsinə baxmayaraq, bu qətnamələr icra edilməyib və heç kimsə Ermənistana bunu niyə icra etmirsən demir. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olarkən bu torpaqlarla daxil olub və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi Ermənistanın işğal etdiyi bu torpaqlarla birlikdə qəbul edilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayan zaman qəbul edilən qətnamələrdə Ermənistan işğalçı ölkə olaraq qeyd edilib və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi vurğulanır: “Lakin bütün bunlar sadəcə bəyanat və səslənişdən o tərəfə keçmədi. Hər hansısa bir tarixi toplantılar da sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini ifadə edirlər, bununla da sanki məsələ guya həllini tapırmış. Böyük ehtimalla səslənən bəyanatların ardından Ermənistana: "öz bildiyini et, biz gözdən pərdə asırıq, sən bizi dinləmə, işində ol" deyilir.

Məsələnin başqa izahı yoxdur. Ortada yüksək şəkildə ikili standrtlar mövcuddur. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dilə gətirir Beynəlxalq təşkilatlar və eləcə də dünya dövlətləri, pərdə arxasnda isə əsl dəstəyi Ermənistana verirlər. Ermənistana nəinki sanksiya tətbiq etmək, hətta ən yüksək səviyyədə maddi və hərbi dəstək verilməkdədir. Erməni lobbisinin apardığı iyrənc siyasəti sayəsində Ermənistana hər cür güzəştlər edilir. Ən dəhşətlisi isə ABŞ-ın Azərbaycana silah satmasını qadağan edən qanun layihəsinə, 907-ci düzəlişə nail oldular. Erməni lobbisi bu istiqamətdə məqsədli və məkrli işlər həyata keçirtməkdədir. Bu gün bölgədə atəşkəs rejimi olsa da, müharibə şəraitidir və Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zor yolu ilə işğal edib, təcavüzə və işğala, dağıntıya, böyük ziyanlıqlara və dəhşətli itgilərə məruz qalan ölkə Azərbaycan olsa da, bu gün ABŞ hökuməti maddi yardımı Ermənistana edir. Halbuki Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 500 milyard dollar həcmində maddi ziyan dəyib”.

Bu halın özü Ermənistanın tərəfini saxlamaq və işğala haqq qazandırmaqdır. Əgər ABŞ hökuməti işğalçı və terrorçu Ermənistana maddi yardım ayırırsa, Rusiya ən təhlükəli silahını, "İsgəndər" Hava Hücumundan Müdafiə Raketlərini Ermənistana verirsə, Fransa daim Ermənistana dəstək bəyanatları səsləndirirsə və mümkün qədər yardımlar edirsə, 2015-ci ilin iyulunda qondarma və separatçı xunta rejimin rəhbəri Bako Saakyan İngiltərəyə dəvət olunursa, orada görüşlərdə iştirak edirsə, bu hal Ermənistanın işğal faktına bir mənalı şəkildə göz yumulması deməkdir və bu halda Ermənistana kim və necə, hansı şəkildə və nə zəmində sanksiya tətbiq ediləcək? Sanksiyanı kim tətbiq edə bilər? BMT Təhlükəsizlik Şurası bu saydığım dövlətlərdən ibarətdi, bunlar da Ermənistana dəstək verir, ermənipərəstlik edir, BMT Təhlükəsizlik Şurasında daha kim var?

Tək qalır Çin, bu ölkə də Rusiyanın olduğu yerdə səsini çıxarmaz. Ümumiyyətlə Çin sadəcə öz marağını güdən ölkədir və maddi marağının olmadığı bir məsələ üçün heç vaxt heç kimlə düşmən olmaz: “ Digər tərəfdən isə qonşumuz İran isə Ermənistanla ən yüksək səviyyədə əməkdaşlıq edir və yüksək dostluq şəraitindədir. Ermənistana təsir edə biləcək qüvvələr məhz bu ölkələrdir ki, bunların hamısı ermənipərəstdir. Bu səbəbdən Ermənistana sanksiya məsələsi gündəmə gəlmir və gəlsə də, bu qüvvələr tərəfindən gündəmdən qaldırılacaq. Açıqq aşkar görünür ki, beynəlxalq birlik ermənipərəstlik edir və ermənilər müdafiə olunur. Hətta bir çox ermənipərəst siyasi dairələr və birliklər də bu məsələdə var qüvvəsilə iş aparmaqdadır”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !