Milli dəyərlər Masallı Tarix-Diyarşünaslıq muzeyində... - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Milli dəyərlər“ Masallı Tarix-Diyarşünaslıq muzeyində... + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyində Masallı MKS-i ilə birgə Novruz Bayramının atributlarını özündə əks etdirən tədbir keçirilib.
Tədbirdə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva danışıb ki, xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı Azərbaycan Prezident cənab İlham Əliyev və ölkənin birinci xanımı, Birinci Vitse Prezident Mehriban Əliyeva tərəfindən hər il yüksək səviyyədə qeyd olunur. Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz bayramı hər yanda olduğu kimi Masallının bütün guşəsində yüksək ruhla qeyd olunur. Bildirib ki, el bayramının böyük təntənə ilə qeyd olunması üçün muzeydə və kitabxanada müvafiq tədbirlər planı tərtib olunub.
14-30 mart günlərində “Milli dəyərlər “ mövzusunda qadın baş örtüklərindən ibarət sərginin baxışı davam edir. Sərgidə nümayiş olunan hər bir örpək paklıq, ismət, gözəllik, milli dəyərlərimizə vurğunluq hissi oyadır.
Sərgi ekspozisiya zalında nümayiş olunur.
Novruz Bayramı ərəfəsində təşkil olunan sərgi muzey ziyarətçiləri arasında böyük maraq oyadıb.
Qeyd edək ki, ziyarətçilər sırasında başqa ölkələrdən gələn uşaqlar və böyüklərə də rast gəlmək olur .
ƏLİHÜSEYN ŞÜKÜROV.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !