Masallı Tarix-Diyarşünaslıq Muzeyində maraqlı Novruz tədbiri - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Tarix-Diyarşünaslıq Muzeyində maraqlı Novruz tədbiri + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq muzeyində Masallı MKS-i ilə birgə "Qızlar, gəlin xonçaları bəzəyək" mövzusunda Novruz Bayramının atributlarını özündə əks etdirən tədbir keçirilib.
Tədbirdə çıxış edən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva danışıb ki, xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı Azərbaycan Prezident cənab İlham Əliyev və ölkənin birinci xanımı, Birinci Vitse Prezident Mehriban Əliyeva tərəfindən hər il yüksək səviyyədə qeyd olunur. Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz bayramı hər yanda olduğu kimi Masallının bütün guşəsində yüksək ruhla qeyd olunur. Bildirib ki, el bayramının böyük təntənə ilə qeyd olunması üçün muzeydə və kitabxanada müvafiq tədbirlər planı tərtib olunub.
Tədbir gün ərzində ekspozisiya zalında nümaiş olunub.
Novruz Bayramı ərəfəsində təşkil olunan tədbir muzey ziyarətçiləri arasında böyük maraq oyadıb.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !