Əhmədova Aynur Fəxri Mədəniyyət İşçisi döş nişanına layiq görülüb - + FOTO

Əhmədova Aynur “Fəxri Mədəniyyət İşçisi” döş nişanına layiq görülüb + FOTO

Lənkəran Dövlət Dram Teatrının aktrisası Əhmədova Aynur “Fəxri Mədəniyyət İşçisi” döş nişanına layiq görülüb.

 

10 mart 2017- ci il Milli Teatr Günü münasibəti ilə teatr sahəsində səmərəli fəaliyyətinə və milli mədəniyyətimizin inkişafındakı xidmətinə görə
Lənkəran Dövlət Dram Teatrının aktrisası Əhmədova Aynur Əhməd qızı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilmişdir.
Əhmədova Aynur Lənkəran Dövlət Dram Teatrında 1998-ci ildən hal-hazıra kimi yüksək dərəcəli dram artisti vəzifəsində çalışır. Lənkəran Dövlət Dram Teatrı səhnəsində dünya və Azərbaycan dramaturgiyası nümunələrinin bir çoxunda özünəməxsus maraqlı rolların ifaçısıdır.
Son illərdə oynadığı obrazlar: M.F.Axundov “Lənkəran xanının vəziri” – Şölə, E.D.Filippo “Ruhlar” –Mariya, N.Qoqol “Ölü canlar” –Katibə, İ.Əfəndiyev “Qəribə oğlan” – Kəmalə, S.H.Lətifovlar “Şah və əks səda” – Gülbikə, Ş.Başbəyov “Dəmir qadın” – Əlamət, A.Fətullayev “Göyçək Fatma” – Ögey qız, Elçin “Cəhənnəm sakinləri” – Qadın, B.Beyzayi “İlan Sutan” – Nigar xanım, Ə.Vəlioğlu “Əsrlərin harayı” – Mandana, M.F.Axundzadə “Hacı Qara” – Sona Xanım və s.
2016-cı ildə B.Beyzayinin “İlan Sultan” tamaşasında oynadığı Nigar xanım obrazı ilə, İran İslam Respublikasında keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr festivalında və Rəşt şəhərində qastrol səfəri zamanı da, uğurla çıxış etmişdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !