Gəncəçay Park Bulvar Kompleksində təmizlik aksiyası - + FOTO

“Gəncəçay” Park Bulvar Kompleksində təmizlik aksiyası + FOTO

“Gəncəçay” Park Bulvar Kompleksinin əməkdaşları Gəncə Dövlət Universitetinin müəllimləri ilə birgə Gəncə çayının məişət tullantılarından təmizlənməsi aksiyası aksiyası keçiriblər.


Aksiya zamanı çayın ərazisi məişət və digər növ tullantılardan təmizlənib.


Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.


“Gəncəçay” Park Bulvar Kompleksinin rəhbəri Rüstəm Bağırov bildirib ki, təmizlik sağlamlıqdır, gözəllikdir, insanın mənəvi zənginliyinin, estetik dünyagörüşünün göstəricisidir. Təmizliyə əməl etmək hər bir vətəndaşın borcudur.


Aksiyada iştirak edənlər şəhər sakinlərini Gəncəmizi təmiz saxlamağa, bu kimi aksiyalara qoşulmağa dəvət ediblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !