Masallıda Ağıl Dəryası İntellektual oyunu üzrə rayon birinciliyi - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Ağıl Dəryası” İntellektual oyunu üzrə rayon birinciliyi + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, 10 mart 2017-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Novruz bayramı münasibətilə Masallı rayon ümumtəhsil tam orta məktəblərinin IX-XI sinif nşagirdləri arasında “Ağıl Dəryası” intellektual bilik yarışını keçirilib.
Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışlar. Və bildirmişlər ki, Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir
Gərgin və maraqlı mübarizə şəraitində keçən intellekyual bilik yarışınında E.Əhədov adına Təzə Alvadı1 nöpmrəli tam orta məktəbinin komandası I yerə, Çaxırlı kənd tam orta məktəbiniun komandası II yerə, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşlər fərqləndiyinə görə isə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin komandası diplomla mükafatlandırılmışdır.
Masallı rayon birinciliyində qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomla təltif olunmuşlar.


ƏLİHÜSEYN ŞÜKÜROV.
Masallı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !