Fazil Mustafa : - AKTUAL MÖVZUYA ZƏRURİ QAYIDIŞ

Fazil Mustafa : AKTUAL MÖVZUYA ZƏRURİ QAYIDIŞ

İnanın ki, fərqli fikrə görə deyil, elementar bilgi yükü olmayan söz yığınına görə dostluğumdan dərhal çıxardığım Bəxtimşah Tağıyeva adlı bir xanım yazır: "AKADEMİKƏ LAĞ EDƏNLƏR O SƏVİYYƏYƏ ÇATSINLAR SONRA DANIŞSINLAR. Həqiqətən adımızı Azərbaycanlı deməyənə qədər faciələrimiz çox olacaq. Ermənilər bizim hər şeyimizi mahnılarımızı özəlləşdirir. Hamımız deyirik düşməndir. Türk kinolarında, konsertlərində bizim mahnıları anonim adlanaraq verilir. Buna niyə dillənmirsiz. Dostuq, qardaşıq qoy desin azəri mahnısı, amma siz olmaya-olmaya özünüzü türk adlandırsaz əlbəttə o da mahnılarımızı sakitcə özəlləşdirəcək. Anlamıram siz AZƏRBAYCANLI olmaqdan niyə qorxursuz. Gürcüstanlılar özlərinə gürcü deyir, İspaniyalılar ispan deyir. Biz Azərbaycanda yaşayırıq məhz azəriyik. Niyə anlamaqdan qaçırsız oturun düşünün, akademik düz deyir, dost zərbəsi daha asan və ağır olur. BİZ AZƏRİYİK BU ÖLKƏDƏ YAŞAYAN HƏR KƏS AZƏRİDİR.Hər biriniz azərbaycanca danışırsız türkcə danışmırsız ki. Türkə calaq olmaq bu millətin qanında var, tarix boyu böyük qardaş axtarır. BƏS DEYİLMİ. Müstəqil dövlətik, ölkə prezidenti var, amma deputat da öz adına türk deyirsə, o biriləri özlərini ya fars, ya ərəb, ya da kim özünü harda görürsə adlandıracaq. BU OYUNA SON VERMƏYİN VAXTİ İnanın DEYİLMİ"
Əziz dostlar, mən daxilən bayağı, bəlağətli millətçiliyin əleyhinəyəm, bu adamlar həqiiqətən fikirlərin elmi dəlillərlə əsaslandırsalar, buna məmnuniyyətlə fikir plüralizmi kontekstində baxmağa hazır olardım. Baxın, hamısını sanki mahnı, kino, konsert dərdi qovurur... Deyir ki, "dostuq qardaşıq qoy desin azəri mahnısı, ancaq sz olmaya-olmaya özünüzü türk adlandırsaz əlbəttə o mahnımızı özəlləşdirəcək"- Arqumentə bax ha..."Türkə calaq olmaq bu millətin qanında var."- Anormallığa bax ha...Ən sonda da lap gül vurur: "Biz Azəriyik, bu ölkədə yaşayan hər kəs azəridir." Bizim bəzi populist alimlərimiz də son yüz ildə dəfələrlə sübut etməyə çalışıblar ki, biz ayrıca azəri xalqıyıq, türk soylu Azər xalqı olub və s. Bu cəfəngiyyatı silib aparan sadəcə bir dəlil qarşılarını kəsib: Bu da bu gün danışdığımız və min il öncə də danışdığımız analarımızın, babalarımızın dili olan Türk dili olub. Bu adamlar anlamaq istəmirlər ki, bizim məqsədimiiz Türk adını kiməsə sırımaq deyil, sadəcə tələbimiz budur ki, öz millətinizi və dilininiz sevib-təbliğ edə bilərsiniz, çağdaş bir ölkənin vətəndaşlarıyıq, bu sizlərin haqqıdır, ancaq burnunuzun çirkabını müxtəlif yollarla bizim millətin adına və dilinə yönəltməyin.
Ən sonda isə diqqətinizi Azərbaycanda dəbdə olan və yuxarıda adı keçən xanımın da işlətdiyi bir populust ifadəyə yönəltmək istərdim: "AKADEMİKƏ LAĞ EDƏNLƏR O SƏVİYYƏYƏ ÇATSINLAR SONRA DANIŞSINLAR."
Görən o nə səviyyədir və hansı nərdivanla ora çıxmaq mümkündür, bari bunun da yolunu göstərəydilər. Həmin akademikin, yəni Çingiz Qacarın öz ixtisasında hansısa faydalı işlər görməsini istisna etmirik və bu yöndə onun haqqına girəcək bir cümlə belə işlətməmişik. Ancaq ictimai fikrə aid açıqlamalarına görə nəinki o akademikin səviyyəsinə çatmaqdan söhbət gedə bilər, enmək üçün hələ xeyli pilləkana ehtiyac var... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !