8 mart Rəssamların gözü ilə adlı sərgi sənətsevərlərə təqdim olundu! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

“8 mart Rəssamların gözü ilə” adlı sərgi sənətsevərlərə təqdim olundu! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.


Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür. Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.


8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.


1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.


Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.


Hər il qeyd olunan 8 mart qadınlar bayramını hər təşkilat özünə məxsus qeyd edir. Rəssamlara həmişə xüsusi diqqət yetirən Elnurə və Aygün İsgəndərova bacılarının 8 mart Beynəlxalq qadınlar günü üçün təşkil etdiyi bu gözəl tədbir bütün xanım rəssamlarımıza hədiyyə oldu desək yanılmarıq. Hər zaman ziyalıları ətrafında cəm edən bu xanımların gördükləri işlər çəkdikləri zəhmət əvəz olunmazdır. Əlbətdə ki, bu da bir xanım zəhmətidi . Onlkarda hər ikisi xanım olmalarına baxmayaraq böyük bir məsuliyyətin öhdəsindən hər zaman bacarıqla gələ bilmişlər.Mediaya xüsusi diqqətləri onlara qarşı münasibətləri hər zaman media nümayəndələri üçün xoş olmuşdur.


AZpress.AZ İnformasiya Agentliyinin məlumatına əsasən bildirrik ki, 7 mart 2017 ci il tarixində Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqı , Dünya Ana və uşaq İctimai Birliyi, Dünya Azərbaycanlıları Konqresi İctimai birliyi ilə birlikdə “8 MART Beynəlxalq Qadınlar Günü” münasibətilə “ 8mart rəssamların gözü ilə adlı- sərgi tədbir keçirilmişdir. Layihənin rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərova bacılarıdır. Tədbirdə təsviri sənətin müxtəlif nominasiyaları üzrə 200 dən cox rəssamın əl işləri sərgilənmişdir.İştirakçılar sertifikat, fəxri fərmanla təltif olunmuşdur. Qey edək ki, sərgidə müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdi. Bir cox rəssamların qatıldığı sərgidə tanınmış rəssamlar Agəli İbrahimov, Qafar Sarıvəlli də xanımlara olan xüsusi təbriklərini yetirmiş və qadınsız həyatın mənasız olduğunu söyləmişlər.


AZpress.AZ İnformasiya Agentliyi də 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə xanımnları təbrik edir onlara həyatda hər zaman sağlam , təravətli və gözəl olmağı arzu edir.

 


AZpress.AZ, Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !