Masallı rayonunun İskəndərli kəndində yeni uşaq bağçası-körpələr evinin açılışı - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun İskəndərli kəndində yeni uşaq bağçası-körpələr evinin açılışı + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Dünən, martın 6-da Masallı rayonunun İskəndərli kəndində yeni ikimərtəbəli uşaq bağçası-körpələr evinin açılış mərasimi olmuşdur.


Qeyd edək ki, son illər respublikamızda, o cümlədən Masallı rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri ümummilli lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. Prezident İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəmi-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır. Ölkəmizdəki əmin-amanlıq, sabitlik, insanların maddi rifahının durmadan artması, respublikanın simasının ağla sığmayan dərəcədə dəyişməsi, yeni binaların, körpülərin, otellərin inşa edilməsi Prezdentimizin gərgin əməyinin, qayğısının nəticəsidir.Neft kapitalından insan kapitalını daha dəyərli sayan Prezidentimiz, onun xanımı Yuneskonun xoşməramlı səfiri, H.Əliyev fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə neçə yeni məktəblər, bağçalar inşa edildi, köhnələri yenidən quruldu, bərpa olundu. Tikilib istifadəyə verilən Masallı rayonundakı İskəndərli kənd uşaq bağçası-körpələr evi də H.Əliyev fondunun təşəbbüsü ilə ərsəyə gəlmişdir. Yeri gəlmişkən bu işlərə öz əvəzedilməz töhfəsini verən Masallı Rayon İcra Hakimiyyətinin başçısının gördüyü işləri də qeyd etmək lazımdır .


İcra hakimiyyətinin daxili imkanları hesabına inşa edilən bağça, mədəniyyət evi, yeni məktəb binası və digər tikintilər bu işlərin parlaq sübutudur. Masallı rayonunun gündən-günə çiçəklənməsi, yeni Avropa standartlarına uyğun inşa edilən binaların, təmir edilən və tikilən məktəb və bağçaları icra başçısının rayona, onun əhalisinə xüsusi qayğısından xəbər verir. Məhz bu gün də qapılarını Masallı rayonunun, İskəndərli kəndində balaca körpə fidanlarının üzünə açan körpələr evi-uşaq bağçası da dediklərimizə parlaq numunədir. Bağçanın ustifadəyə verilməsi münasibətilə düzənlənən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxış etdi. Natiq çıxışında uşaqların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu xüsusilə qeyd etdi. Rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın dünyada uşaqlara qayğısının və mərhəmətinin ləyaqətlə təmsil edildiyini vurğuladı.
Tədbir körpələrin hazırladığı maraqlı və yaddaqalan kosert proqramı ilə başa çatmışdır.


ƏLİHÜSEYN ŞÜKÜROV.


Masallı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !