YARAT-ın Zaqataladakı sərgisini 3 mindən çox tamaşaçı izləyib - + FOTO

YARAT-ın Zaqataladakı sərgisini 3 mindən çox tamaşaçı izləyib + FOTO

YARAT Müasir İncəsənət Məkanının 2016-cı il dekabrın 15-də Zaqatala Dövlət Rəsm Qalereyasında açdığı “Zamanın izləri” adlı səyyar sərgini indiyədək üç mindən artıq incəsənət həvəskarı izləyib.

 

Səyyar sərgidə Azərbaycanın, eyni zamanda, türk, gürcü və rus rəssamlarının video, foto və digər janrlarda işlədikləri əsərlərdən ibarət kolleksiya nümayiş etdirilir. Bu əsərlərdə gündəlik həyatda rastlaşdığımız ən adi hadisələr öz əksini tapıb. Ekspozisiya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir.

 

Sərgidə nümayiş etdirilən türkiyəli rəssam Nevin Aladağın “Beş daş oyunu” foto silsiləsi, tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun “Şəbəkə” əsəri, fotoqraf Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” foto əsərlər silsiləsi, Fərid Rəsulovun “Ətalət” video əsəri, gürcü rəssam Koka Ramişvilinin “Çay”, “Qəhvə” və “Süd” videoları, rusiyalı rəssam Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi və digər müəlliflərin əsərləri izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Sərgi martın 17-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !