Rəssamlar ittifaqında Ekspront adlı sərgi keçirildi! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Rəssamlar ittifaqında “ Ekspront” adlı sərgi keçirildi! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

AZpress.AZ informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildirirk ki, Rəssamlar İttifaqında “ Ekspront” adlı sərgi keçirilmişdir.Sərginin iştirakçıları Gənc rəssam Afaq Həbibinin şagirdləridir. 42 əsərin nümayiş olunduğu sərgidə bir birindən maraqlı sənət əsərlərinə rast gəlmək mümkün idi. Afaq Həbibiniin Studiyasında məşqul olan 18 müxtəlif yaş həddindən olan tələbəsi var ki, onlarında əsərləri sərgilənib.Onlardan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Nəzrin Əzizli”Ata” portreti, “ Çiskinli mənzərə”, “ Halqalar “ , Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Xalıqlı Xavərin “ Afanın poertreti, Fidan Əhmədovanın ”Gözəl Bakım”, “Parisdə yaz”, “İstanbul”,Rəhimli Xəyalənin “UğurBöcəyi”, “Sevimli Abşeronum”, Əliyeva Fəxriyyənin “ Sevgi etirafı”,Xəlilzadə Lamiyənin “ Bahar Qız”, “ Abşeron Motivləri”, Musayeva Nəzrinin “ Q ırmızı Şlyapalıqız”, “Günə baxanlar”, Eyvazov Ceyhunun “ Qartal”, “ Axşamçağı Dəniz”, Quliyev Poladın” Dəniz”, Hadıyeva Həcərin “ Paris “, “ Rəqs edən qızlar”, Hüseynova Ayselin “ Görüş”,”Xarı bülbül”, Cəbrayılov Nadirin “ Qartal” ,” Yaz Gülləri” “ Atəşgah”, “Natürmort” Rəcəbli Mehribanın “Arzu ağacı”, “Aylı Gecə”,” Gözlər”, “Mənzərə”, Quluzadə Tahirin “Təyyarə”, Məmmədov Rəşadın “ Payız Mənzərəsi” “ Kəpənəklər”, Əliyeva Zərifənin “Liman” ,”Balaxanı Buruqları” , Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin tələbəsi Mahmudova Əzizənin “ Xərçəng” adlı əsərləri sənətsevərlərə təqdim olunmuşdur.
Tədbirdə tanınmış rəssamlar İlqar Əkbərov, Ağəli İbrahimov, Nəvai Metin, Qafar Sarıvəlli və sairə rəssamlar iştirak etmişlər. Sərgidə gənc rəssamlar diplomlarla təltif olunmuşlar.


AZpress.AZ, Minə Türksoy.

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !