Gənc rəssam Zəhra Əlinin sərgisi - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Gənc rəssam Zəhra Əlinin sərgisi + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Zəhra Əli Firudin qızı 1995-ci il 25 iyul Bakı şəhərində anadan olmuşdur.İlk təhsilini 139 nömrəli orta məktəbdə alıb.Zəhranın incəsənətə-rəsm dünyasına olan marağı uşaq yaşlarından yaranıb.Bu balaca 4 yaşlı qızın ilk rəsmi sulu boyalarla,mavi,ağ,sarı,qara,rənglərin ahəngiylə çəkdiyi “Ulduzlu gecə”rəsmi olub. Oxuduğu məktəbdə öz yaşıdlarından fərqlənmiş,gözəl əl işləri,rəsm əsərləri hazırlayır,dəfələrlə təltif olunurdu. Məktəbi bitirdikdən sonra da təhsilini məhz incəsənət sahəsində davam etdirərək 2012-ci ildə Bakı Qida Sənayesi Kollecinin Dizayn (rəssam)fakültəsinə daxil olub.2016-cı ildə təhsilini fərqlənmə ilə bitirib. Məktəb dövrlərindən olduğu kimi təhsil aldığı illərdə kollec tədbirlərində fəal iştirak etmiş,keçirilən rəsm və əl işləri sərgisində birinci yerə layiq görülüb.
Zəhra çəkdiyi rəsmlərdə daha çox əlvan rənglərlə işləyir.İsti,şən rəng olan sarı,sakitləşdirici,təravətli,incə rəng olan yaşıl,yüngül rəng ilə yanaşı,eyni zamanda soyuq,mavi ,göy,qara həm də neytral boz rənglərindən də məharətlə istifadə edir.Zəhranın əsərlərinə diqqət yetirsək,milli arnamentlərdən demək olar ki,hər işində istifadə edir.Qönçə,badamabənzər naxış növü olan Buta əsərlərinin ayrılmaz hissəsidir.
Zəhra tamamilə təbii materiallar əsasında həyata keçiriən qatlaşdırılmış su üzərində aparılan,əsasən boyaları torpaqdan hazırlanan Ebru sənətini öyrənir,gözəl,rəngarəng əsərlər işləyir.Zövq oxşayan,zərifliklə işlədiyi vitrajlar hər kəs tərəfindən bəyənilir.Vitrajın Tiffany növündən istifadə edir,gözəl əsərlər yaradır.
Kolleci bitirdikdən sonra gənc rəssam ən böyük arzusunu həyata keçirmək qərarına gəlir.2016-cı il 28-29 avqust tarixlərində “Mənim dünyam” adlı ilk fərdi sərgisini keçirir.Bu işdə ona ən böyük dəstəyi anası tərəfindən olur.Gənc rəssam Əli Zəhra bütün uğurlarını məhz anasına həsr edir.Qeyd edek ki,Zəhra artıq ilk sərgisinin uğurları nəticəsində ,ikinci sərgisini həyata kecirəcək.Gənc rəssam bildirir ki,hazırda cəkdiyi rəsmlər həyatında olan sevgisindən qaynaqlanır.Cekdiyi əsərlərde obrazlar, sevgidə romantika rəmzi olan çəhrayı,təmizlik,saflıq ,sonsuzluq bildirən mavi,sevgi və gözəllik simvolu olan qırmızı rənglərlə işləməsi bunu göstərir.
Sərgi İçəri Şəhər Müasir İncənət Mərkəzində baş tutdu.Sərgidə ümumilikdə 50-yə yaxın əsər nümayiş olundu.Sərginin açılışında xalq rəssamı Ağaəli İbrahimov,Aydın Rəcəbov,Rafiq Kərimov,Nəvai Mətin və bir neçə sənətşünaslar iştirak etdi.Gənc rəssam eyni zamanda sərgidə Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycandakı başkanı Nəvai Mətin tərəfindən birliyə üzv seçilməsi barədə vəsiqə ilə təltif olundu.Gənc rəssam həmçinin sərgidə Rafiq Kərimov tərəfindən ona həsr olunmuş şeirlə və hədiyyələrlə mükafatlandırıldı.Sərgi 4-5 mart tarixinədək davam etdi. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !