GƏNCƏ BAYTARLIQ İDARƏSİNİN RƏİSİ AQRAR UNİVERSİTETDƏ MÜHAZİRƏ OXUYUB - + FOTO

GƏNCƏ BAYTARLIQ İDARƏSİNİN RƏİSİ AQRAR UNİVERSİTETDƏ MÜHAZİRƏ OXUYUB + FOTO

Gəncə Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev baytarlıq ixtisasının 5-ci kurs tələbələrinə “Beynəlxalq baytarlıq şəhadətnamələrinin və sertifikatlarının verilməsi haqqında” Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində mühazirə oxuyub.

 

Universitetin mətbuat xidmətinin xəbərinə görə mühazirə interaktiv və diskussiya şəklində aparılıb. Elə bu səbəbdən də dərs çox maraqlı keçib, tələbələrin razılığına səbəb olub.

 

Fakultədə belə mühazirələrin gələcəkdə də təşkil edilməsi planlaşdırılıb. Təcrübəli baytar həkimlər və iş adamları auditoriyalara dəvət ediləcək, onların yuxarı kurs tələbələri ilə görüşləri keçiriləcəkdi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !