ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri ADU-da olub - + FOTO

ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri ADU-da olub + FOTO

Fevralın 28-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Regional İngilis dili Ofisinin rəhbəri Con Silver Azərbaycan Dillər Universitetinin qonağı olub. Qonağı universitetdə görməkdən məmnunluğunu bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ona ali təhsil müəssisəsinintarixi, tədris prosesi və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.


Görüşdə ingilis dili müəllimlərinin hazırlığı məsələləri, bu ixtisas üzrə təhsil alan tələbələrə ingilisdilli mütəxəssislərin dərs deməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı ADU ilə ABŞ Dövlət Departamentinin Regional İngilis dili Ofisi arasında səmərəli əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.


Görüşdə, həmçininABŞ səfirliyinin İctimai əlaqələr şöbəsininmədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen də iştirak edib.


Qonaqlar görüşdən sonra ADU-nun İnformasiya Resurs Kompleksi ilə yaxından tanış olublar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !