Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 25 -ci ildönümünə həsr olunmuş - Xocalı haraya çağırır bizi ! adlı yürüş və ümumrayon tədbiri keçirilmişdir. ..+ FOTO + VİDEO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 25 -ci ildönümünə həsr olunmuş “ Xocalı haraya çağırır bizi ! “ adlı yürüş və ümumrayon tədbiri keçirilmişdir. ..+ FOTO + VİDEO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

  26 fevral 2017 - ci il tarixdə saat 11:00 -da Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 25 -ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
AZpress.AZ xəbər verir ki, tədbir 2 hissədən ibarət olmuşdur. Tədbirin birinci hissəsində rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin, Qadınlar Şurasının və rayonun digər fəal gənclərinin təşkilatçılığı ilə 15000 nəfərdən çox rayon sakininin iştirakı ilə “ Xocalı haraya çağırır Bizi ! adlı yürüş keçirilmişdir.
Yürüş Heydər Əliyev Meydanından başlayaraq Şəhidlər Xiyabanını ziyarətlə başa çatmışdır. Yürüş iştirakçıları yol boyu “ Xocalı haraya çağırır bizi ! “, “ Biz hamımız Xocalılıyıq! “, “ Xocalı qanın yerdə qalmayacaq ! “, “ Xocalı soyqırımını unutma! “kimi şüarlar səsləndirmişlər.
Daha sonra tədbir Şəhidlər Xiyabanında davam etmişdir. Əvvəlcə Şəhidlər Xiyabanında Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Daha sonra rayonun tam orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə tər çiçək dəstələri düzmüşlər.

Fotomüxbir:    Mais Amin,  AZpress.AZ -Ağcabədi rayonu

 

   !  © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !