ADU-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib - + FOTO

ADU-da Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib + FOTO

Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsivə ADU-nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. Xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinin əməkdaşları,Nəsimi rayonundakı 46 saylı ortaməktəbin müəllim və şagirdləri, eləcə də ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsiyad edilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Azərbaycan xalqının 200 il ərzində davamlı olaraq erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qaldığını söyləyib. Professor xalqımızın tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildiyini, bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunduğunu vurğulayıb. O, qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıq və ağlasığmaz vəhşiliklə həyata keçirilib.
Ə.Abdullayev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib.
Daha sonra tədqiqatçı-jurnalist, Xocalı sakini Səriyyə Müslümqızının ssenarisi əsasında lentə alınan və soyqırımını əks etdirən “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli film təqdim olunub.
Ədliyyə NazirliyininNəsimi rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova Xocalı faciəsi zamanı soydaşlarımızın mütəşəkkil erməni quldur dəstələri tərəfindən soyqırımına məruz qalmasından söz açıb.A.Sabitova törədilən vəhşiliklərin görünməmiş miqyas aldığını, bütöv bir şəhərin yerlə yeksan edildiyini,lakin bu qanın yerdə qalmayacağına əmin olduğunu vurğulayıb.
Xocalıda baş vermiş soyqırımına dair dəhşətli faktları açıqlayan A.Sabitova bildirib ki, dünyanın bütün sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı gerçəklikləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Onun sözlərinə görə, dünya azərbaycanlıları və Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
A.Sabitova əmin olduğunu bildirib ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.
Sonda tələbələrin təqdimatında “Qırmızı qar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !