Əflatun Amaşov : - Əslən Qarabağlı kimi tanınan Vəli Yüksel + FOTO

Əflatun Amaşov : Əslən Qarabağlı kimi tanınan Vəli Yüksel + FOTO

Belçika Parlamentinin üzvü Vəli Yüksəli Brüsseldəki türklər əslən Qarabağlı kimi tanıyırlar. Deyilənə görə, babaları hələ XIX əsrdən Qarabağdan Tunceliye köçüblər, İkinci Dünya Müharibəsi bitər-bitmez digər həmvətənləri kimi Belçikada məskunlaşmağa başlayıblar. Bu gün Vəli Yüksel türk əsilli Belçika vətəndaşıdır. O, yüksək təhsil alıb, bir müddət Brüsseldə dövlət televiziyasında çalışıb, aparıcılıq edib. 2009-cu ildən Xristian Demokrat Partiyasının üzvü kimi millət vəkilidir, Parlamentdə dörd türk əsilli deputatdan biridir, Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəal üzvüdür. Onunla söhbətdə Xocalı soyqırımını Belçika Parlamentində necə müzakirə etməyin yollarını müzakirə etdik. Əminəm ki, buna nail olacağıq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !