Sumqayıt Dövlət Dram Teatrı tamaşaçılar qarşısında xarici yazarların əsərləri ilə çıxış etdi + FOTO

 Sumqayıt Dövlət Dram Teatrı bu gün tamaşaçılar qarşısında xarici yazarların əsərləri ilə çıxış etdi. Rejissor Vasif Məmmədovun quruluş verdiyi nağıl-tamaşa ( Leonid Juxovitski ) “Şahzadə və bacatəmizləyən” XVIII-XIX əsrdə Avropa krallıqlarından birində cərəyan edən hadisələrdən bəhs edir. Tamaşada əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, aktyorlar İlqar İbrahimov, Yalçın Səlimov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı və Ceyhun Məhərrəmov rol alır.


Nümayiş olunan digər tamaşa komediya janrında yazılmış “Oğru” əsəri idi. Tamaşa boyu gərgin yaşanan dramatik hadisələrin fonunda məhəbbət və pul dilemması müzakirəyə qoyulur Səhnə əsərinin quruluşçu rejissoru Rövşən Almuradlıdır.Tamaşada obrazları əməkdar artist İzaməddin Bağırov, aktyorlar Elmir Mehdiyev, Vəfa Qurbanova və Şəmistan Süleymanlı canlandırır.