Milli Dram Teatrının Vəsiyyət i masalılı teatrsevərlərə təqdim olunub - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Milli Dram Teatrının “Vəsiyyət”i masalılı teatrsevərlərə təqdim olunub + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi cənub bölgəsinə qastrol səfərini davam etdirir. Teatr ustaları maraqlı tamaşa ilə çıxış edirlər.
Bu gün, 17 fevral 2017-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşası ilə çıxış edib.
Səhnə əsəri masalılı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı isə Kamil İsmayılovdur.
Dilbər İsmayılova və Vüqar Məmmədovun idarə etdiyi tamaşada obrazları Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Ləman İmanova, Sevinc Əliyeva, Elçin Əfəndi və başqaları canlandırıb.
Səhnə əsərinin cənub rayonlarında nümayişi davam olunur.
Qeyd edək ki, Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.
Qeyd edək ki, "Vəsiyyət" masalılı tamaşaçıların uzun sürən sürəkli alqışları ilə müşayiət olunub.

 


ƏLİHÜSEYN ŞÜKÜROV. 


FOTOLAR ELSEVƏR ƏLİYEVİNDİR.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !