İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iş adamları ilə görüşü Şəkidə baş tutub - + FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iş adamları ilə görüşü Şəkidə baş tutub + FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqataladan olan 100-ə yaxın iş adamı ilə görüşü Şəkidə baş tutub. Şəki Şəhər İcra Hakimiyyətinin 1-ci müavini Həsən Həsənov bildirib ki, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. O deyib ki, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, fevralın ilk 10 günü ərzində Azexportun ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşır. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Benin, Belorus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və s. məhsullara sifarişlər gəlir. İcraçı direktor bildirib ki, Azexport təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. V.Qasımlı həmçinin ölkədə aparılan iqtisadi islahatlar barədə sahibkarlara məlumat verərək, xüsusilə ixrac potensialının artırılması istiqamətində yaradılmış şəraitdən geniş istifadənin vacibliyini vurğulayıb.


Daha sonra tədbirdə Azexport.az portalının rəhbəri Zaur Qardaşov çıxış edib. O sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yollarını izah edib, portal barədə ətraflı məlumat verib. Görüşdə iştirak edən 100-ə yaxın sahibkar ölkəmizdə aparılan iqtisadi islahatlar, habelə Azexport.az-la əməkdaşlıq imkanları barədə suallar veriblər.


Qeyd edək ki, Azexport.az portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılıb. Portalabeşmindənartıqyerliistehsalolanməhsuldaxiledilib. Artıq portal vasitəsiiləmüxtəlifölkələrdənilinəvvəlindən 7 milyondollarayaxınməhsulsifarişidaxilolub. Azexport.az komandasınınbölgələrdəsahibkarlarlagörüşləridavamedəcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !