“Murov qartalı” kitabının təqdimatı olub - + FOTO

“Murov qartalı” kitabının təqdimatı olub + FOTO

Azərbaycan xalqının QƏHRƏMANI, aprel döyşündə bizə şərəf gətirən, 25 illik sınmış vüqarımızı dikəldən Raquf Orucovun gecəsində idik. Dövlət tərəfindən hələ rəsmi şəkildə Milli Qəhrəman adını verməsələr də, ona olan məhəbbət dəyişmir... Unutmaq olmaz ki, Aprel döyüşünün qəhrəmanları bizə QƏLƏBƏ sevincini yaşadıblar. Onların əksəriyyəti döyüşdə bir neçə ermənini torpağımıza soulduqlarına görə cəhənnəmə vasil etdilər. Ona görə də Aprel döyüşünə atılan hər bir oğlumuz QƏHRƏMANdır ... XALQIN gözündə... Qəhrəmanlıq insanın ruhudur, qəhrəmanlıq medalla ölçülmür ki... Ona qalanda Müdafiə naziriliyində o qədər kabinet generalları var ki, heç erməninin üzünü belə görməyiblər... Vətən oğlu Raquf Orucova həsr olunmuş "Murov qaratlı" kitabını oxuyanlar da kimin əsil qəhrəman olduğunu biləcəklər.

 

Aida Eyvazlı