Şəffaflıq Azərbaycan təşkilatının nümayəndəsi "Özəl sektorda korrupsiya və onunla mübarizə" mövzusunda təlim keçdi - + FOTO

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi "Özəl sektorda korrupsiya və onunla mübarizə" mövzusunda təlim keçdi + FOTO

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizəİctimai Birliyi məmnuniyyətlə bildirir ki, təşkilatın layihə koordinatoru Məhəmməd Muradov Azərbaycan Antikorrupsiya Akademiyası (AZAKA) və Avropa Hüquq Tələbələri Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 4-8 fevral 2017-ci il tarixlərində Qəbələşəhərində keçirilən Antikorrupsiya Qış Məktəbinə təlimçi olaraq cəlb edilmişdir.

 

Məhəmməd Muradov təlimdə "Özəl sektorda korrupsiya və onunla mübarizə" sahəsində təqdimat edərək, özəl sektorda korrupsiyanın əsasları, təhlükələr, mübarizəüsulları, biznes etikası, uyğunluq standartları, korporativ-sosial məsuliyyət kimi mövzularda iştirakçıları maarifləndirmişdir. Bir günlük proqramda Muradov həmçinin, iştirakçıları qruplara bölərək özəl sektorla bağlı etik dilemma keysləri vermiş, onları praktiki məşğələlərdən keçirmişdir.

 

Təlimdə “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradovla yanaşı,Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynov, Korrupsiyaya qarşı mübarizəüzrə Komissiyanın katibi Kamal Cəfərov, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Başİdarəsinin böyük prokuroru Elnur Musayev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşı Vüqar Məmmədov və AZAKA Keçid Qrupunun üzvü Yalçın Rəfiyev öz bilik və bacarıqlarını iştirakçılarla bölüşmüşdür.

 

“Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi olaraq Məhəmməd Muradov daha əvvəl də AZAKA və ELSA Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi Antikorrupsiya Yay Məktəbində təlimçi qismində çıxış etmişdir. Antikorrupsiya sahəsində ixtisaslaşmış dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq antikorrupsiya təşkilatlarını təmsil edən peşəkarların təlimçi qismində cəlb edilməsi dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlığının bariz nümunəsidir.

 

Qeyd olunmalıdır ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilib. Tədbirdə iştirak üçün 500-dən artıq şəxs müraciət etmiş, 30 nəfər iştirakçı seçilmişdir. Ümumilikdə, Qış Məktəbi zamanı iştirakçılara korrupsiya nədir, onun növləri, səbəbləri, cəmiyyət üçün fəsadları, korrupsiyanın qarşısının alınmasında hüquqi vasitələr, preventiv tədbirlər, özəl sektorda korrupsiya və korrupsiyaya qarşı mübarizənin kriminoloji aspektləri barədə məlumat verilmişdir.

 

 

 

“Şəffaflıq Azərbaycan” təşkilatı nümayəndəsinin təlimdə istifadə etdiyi materiallar Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində və Norveç Səfirliyinin maliyyələşdirdiyi Biznes Etikası Bələdçisindən istifadə olunaraq hazırlanmışdır.

 

Daha ətraflı məlumat üçün İctimai Əlaqələr və Media Mütəxəssisi Zümrüd İsmayılova ilə zumrud@transparency.az ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !