Leyla Əliyevanın təşəbbüsü ilə İvanovoda RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb - + FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə İvanovoda RAGB-nin IV Qış Liderlik Məktəbi açılıb + FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Gəncləri Günündə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İvanovo şəhərində IV Qış Liderlik Məktəbi açılıb. Tədbir Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) İvanovo regional bölməsinin təşkilati dəstəyi ilə keçirilir.

 

Məktəbə gənc, perspektivli, istedadlı və yaradıcı insanlar toplaşıblar. Onlar 5 gün ərzində tematik treninqlərdə, ustad dərslərində, yarmarka-təqdimatlarda, habelə işgüzar və idman oyunlarında iştirak edəcəklər.

 

İvanovo vilayətinin Daxili Siyasət Departamentinin rəisi Yevgeni Nesterov, İvanovo Vilayət Duması sədrinin birinci müavini, Rusiya Xalqlar Assambleyasının regional bölməsinin sədri Anatoli Burov, İvanovo Şəhər Dumasının sədri Aleksandr Kuzmiçov, İvanovo Şəhər Administrasiyası başçısının müavini Sergey Zolkin, RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev tədbirdə çıxış ediblər.

 

Məktəbin təntənəli açılış mərasimi çərçivəsində RAGB-nin regional bölməsinin təqdimatı da keçirilib.

 

Gecə RAGB regional bölməsinin və İvanovo Millətlər Evinin yaradıcı qüvvələrinin konserti ilə başa çatıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !