Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb - + FOTO

Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb + FOTO

Yanvarın 20-dən 31-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 35-ci Beynəlxalq Fəcr Teatr Festivalı keçirilib. Həmin nüfuzlu sənət yarışmasında Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qonaq qismində iştirak edib. Fəcr Festivalının İranın mədəni həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov Tehranda olduğu müddətdə bir sıra görüşlərə qatıldığını, Yaponiya, Türkiyə, Almaniya və Tehran teatrlarının tamaşalarını izlədiyini diqqətə çatdırıb:”Həmçinin Tehran və Rəşt şəhərlərində teatr truppalarının məşqlərinə baxaraq, onların iş prosesləri ilə yaxından tanış oldum, mədəniyyət idarələrinin, teatr truppalarının rəhbərləri, rejissor və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri apardıq”.


T.Heydərovun sözlərinə görə, Tehranda olduğu müddətdə rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra layihələrin planlaşdırılması məsələlərində iştirak edib. Belə ki, Lənkəran teatrı cari ilin iyul ayında İranın paytaxtında keçiriləcək Beynəlxalq “Adət və Ənənə Festivalı”na dəvət olunub:”Biz hazırda həmin tədbirə hansı tamaşa ilə qatılmağımız barədə düşünürük”.


Ərdəbil şəhərindəki teatr truppasının rəhbəri Lətif Kərimi ilə də danışıqlarının səmərəli olduğunu bildirən T.Heydərov Lənkəran teatrının cari ilin iyun-iyul aylarında orada qastrol tamaşalarının oynanılmasına dair razılığa gəlindiyi qeyd edib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !